
Yaponiyada tapılan “sirli top” səbəbiylə çimərlik bağlandı
Yaponiyada çimərlikdə tapılan sirli top polisin ərazini mühasirəyə almasına səbəb olub.
Busaat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Obyekti Şizuoka prefekturasının Hamamatsu şəhərində yaşayan bir qadın görüb və polisə məlumat verib.
Məlumata görə, obyektin diametrinin təxminən 1,5 metr olduğu və səthi paslı göründüyü üçün onun dəmirdən hazırlanmış ola biləcəyi ehtimal edilir.
Topun dənizdən sahilə dəydiyi görünür və əks tərəfdə iki əsas nöqtə var.
Polis 200 metr radiusda obyektin ətrafındakı ərazini mühasirəyə alıb və Yaponiya Özünümüdafiə Qüvvələrinə məlumat verib.
Busaat.az























