Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.67 $▼4.11%
  • WTI neft82.58 $▼2.55%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.183 $▲0.66%
  • Qızıl3 772 $▼0.39%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.75 ¢▼0.25%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Yaponiyadan gözlənilməz addım – Peyvəndin vurulmasını qadağan etdi

image-yaponiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya Səhiyyə Nazirliyi, ABŞ əczaçılıq şirkəti olan “Moderna” tərəfindən hazırlanan koronavirus peyvəndinin istifadəsini dayandırıb.

Busaat.az Qərb mediasına istinadən xəbər verir ki, buna səbəb peyvəndin içəriyində insan orqanizmi üçün zərərli olan bir sıra maddələrin aşkar edilməsi olub. Yaponiya buna görə, 1 milyon 630 min dozanın istifadəsini dayandırıb.

Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, hələlik bu peyvənddən istifadə edənlər arasında hansısa bir sağlamlıq probleminə rast gəlinməyib. Amma buna baxmayaraq, peyvəndin tərkibinin konkret bəlli olmaması nazirliyin belə bir addım atmasına səbəb olub.

Qeyd edək ki, Yaponiyada COVİD-19-a yoluxanlar ümumi sayı 1 milyon 368 min 822-ə çatıb. Epidemiyanın başlanmasından bu yana bu ölkədə 15 min 770 nəfər həyatını itirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55920