Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiyadan orduya görünməmiş böyük büdcə

image-56756-1538743125
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sakit okeanda gərginlik artdıqca Yaponiya orduya ayrılan büdcəni 320 milyard dollar səviyyəsinə qədər artırıb.

Busaat.az xəbər verir ki, Yaponiya hökuməti bununla da ordunun daha yaxşı inkişafını hədəfləyir.

Yaponiya gözlənilməz bir addımla yapon ordusunun gücünü artırmaq üçün 320 milyard dollar xərcləyəcəyini açıqlayıb. 77 illik pasifizm siyasətindən əl çəkən Yaponiyanın hərbi addımı Çinə meydan oxumaq kimi qiymətləndirilib.

İkinci Dünya Müharibəsindən sonra ölkə təhlükəsizlik siyasətində əsaslı dəyişiklik edib və düşmən bazalarını vurmaq qabiliyyətinə sahib olmaq strategiyasına keçib. Çini vura biləcək raketlərin Yaponiya ordusuna əlavə ediləcəyi və Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində artan regional gərginlik və müharibə narahatlığına paralel olaraq ordunun uzunmüddətli hərbi qarşıdurmaya hazırlanacağı açıqlanıb.

Baş nazir Fumio Kişida hökuməti narahatdır ki, Rusiyanın müəyyən etdiyi presedent Çini Tayvana hücuma təşviq edə bilər. Çinin Tayvana hücumu yaxınlıqdakı Yapon adalarına təhlükə yarada və Yaxın Şərq neftinin tədarük olunduğu dəniz zolaqlarında Çinin hökmranlığına səbəb ola bilər.

Yeni plana əsasən, Yaponiyada 5 illik müdafiə büdcəsi 2023-cü maliyyə ilindən başlayaraq 43 trilyon yenaya (315 milyard dollar), illik müdafiə büdcəsi isə 2027-ci ilə qədər ümumi məhsulun 2 faizinə qədər artırılacaq.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94397