Yasunari Kabavata 1899-cu ildə Osakada anadan olub. 1924-cü ildə Tokio İmperator Universitetini bitirdikdən sonra o, 1925-ci ildə İzudan gələn Danceri və 1948-ci ildə ən məşhur romanı “Dondurulmuş”u nəşr etdirib. 1968-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatını qazanan ilk yapon olub. “Min ağ durna”dan başqa, “Albalı çiçəkləri/Kyoto”, “Dağın səsi”, “Göl və yatan qızlar” müəllifin digər mühüm əsərləridir.
İki yaşında yetim qaldığı üçün nənəsi və babası ilə yaşamağa başlayıb. Onun bibisi tərəfindən böyüdülən bir bacısı var idi. Kavabatanın nənəsi yeddi yaşında, babası isə on beş yaşında dünyasını dəyişdi. O, valideynlərinin ölümündən sonra bacısını cəmi bir dəfə görüb. Bütün qohumlarını itirdikdən sonra anasının ailəsi onun yanına köçdü.
On səkkiz yaşından əvvəl Tokioya getdi və Tokio İmperator Universitetinin rəhbərliyi altında orta məktəbə daxil oldu. 1920-ci ildə orta məktəbi bitirmiş və Tokio İmperator Universitetində təhsil almağa başlamışdır.
Jurnalist kimi fəaliyyətə başlayanda da yazmağa davam edib.
İkinci Dünya Müharibəsinin qızğın hərbi mühitində iştirak etməkdən imtina etdi. Müharibə mühitinin təsirlərini onun yazılarında görmək olar.
Kavabata 1972-ci ildə qazla intihar edib. Onun intihar etməsi üçün bir çox səbəblər irəli sürülüb.
Bunlara onun səhhətinin pis olması, qeyri-qanuni sevgi hekayəsi və ya dostu Yukio Mişimanın intiharına təsiri kimi bir çox nəzəriyyələr daxildir.
Dostu Mişimadan fərqli olaraq, Kavabata heç bir qeyd buraxmadı, buna görə də onun intiharının dəqiq səbəbi sirr olaraq qaldı.
O, “Qar ölkəsi” adlı kitabını 12 il müddətinə tamamlayıb.
Tərcümə etdi: Bünyamin Bünyadzadə
Busaat.az