Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiyanda "Lan" qasırğası nəticəsində 20 nəfər xəsarət alıb

image-qasirga
qasırğa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiyanın mərkəzi və qərbində şiddətli yağışlarla yanaşı, “Lan” qasırğası da ölkədə həyatı iflic edib.

Busaat.az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, nəticədə Hyoqo Osaka, Kyoto, Şiqa və Vakayama prefekturalarında 20 nəfər xəsarət alıb. Ölkədə daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaşanır.

Yaponiya Meteorologiya Agentliyi Honsyu bölgəsindəki Kii yarımadasına çatan qasırğanın ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.

Kyodo News xəbər verir ki, qasırğa səbəbindən 650-yə yaxın insan Osaka əyalətindəki Kansai Beynəlxalq Hava Limanında qapalı qalıb, uçuşlar təxirə salınıb.

“Central Japan Railway Co. ” və “West Japan Railways ” Osaka prefekturasında yüksək sürətli qatar xidmətlərini ləğv edib.

Yaponiyanın iki ən böyük aviaşirkəti – “Japan Airlines” (JAL) və “All Nippon Airways” (ANA) ölkənin qərbindən və ya qərbinə 560-dan çox reysitəxirə salıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118065