
Yaponiyanın baş naziri NATO sammitində iştirak edəcək
Yaponiyanın Baş naziri Fumio Kişida NATO və Yaponiya-Aİ sammitlərində iştirak etmək üçün Avropaya gedəcək.
Busaat.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib.
“Yaponiyanın baş naziri Fumio Kişida iyulun 11-13-də Vilnüs və Brüsselə gedəcək. O, Litvada NATO sammitində və Belçikada Yaponiya-Aİ sammitində iştirak edəcək”, – məlumatda deyilir.
Matsuno qeyd edib ki, Kişida Yaponiya ilə NATO arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən danışacaq.
Busaat.az























