Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiyanın Epsilon S raketinin mühərriki sınaq zamanı partlayıb

image-1726
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanan Epsilon S raketinin mühərriki bu gün Akita prefekturasındakı Noshiro Test Mərkəzində sınaq zamanı partlayıb.

Kyodonews.net xəbər verir ki , partlayış raketin buraxılışından  təqribən 55 saniyə sonra, ikinci mərhələ mühərrikinin yerdə sınağı başlayan zaman baş verib.

Partlayış  nəticəsində xəsarət alan olmayıb.

Epsilon S, 2013-cü ildən istifadədə olan Epsilon raketini  əvəz etməlidir. Bu, təxminən 27 m uzunluğunda və 2,5 m diametrdə olan nisbətən kiçik raketdir. Raket, 600 kq-dan çox faydalı yükü günəşlə sinxron orbitə, 1,4 tondan çox faydalı yükü isə aşağı Yer orbitinə daşımaq gücündədir.

Bu seriyanın ilk raketi 2013-cü ildə partladı, o vaxtdan sonra beş model uğurla kosmosa buraxıldı, lakin 2022-ci ildə Epsilon-6 nəzərdə tutulan trayektoriyadan kənara çıxandığı üçün özünü məhv etmək əmri aldı.

Qeyd edək ki, Epsilon seriyalı raketlər bərk yanacaqlardan istifadə edir və maye yanacaqlarla müqayisədə buraxılış hazırlıqlarını asanlaşdırır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115141