Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 420 $▲2.04%
  • Ethereum1 831 $▲3.53%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yaponiyanın keçmiş baş naziri Abenin qatili psixiatriya mərkəzindən həbsxanaya köçürülüb

image-abesuikast-rso7-cover-qpcr_cover
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Keçən ilin yayında Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyərək öldürən işsiz yapon Tetsuya Yamaqaminin ötən iyul ayından aparılan icbari psixiatriya müayinəsi nəticəsində ağlı başında olduğu məlum olub.

Busaat.az TBS televiziyasının məlumatına istinadən xəbər verir ki, o, qapalı tibb müəssisəsindən Nara polis həbsxanasına köçürülüb.

Yamaqaminin yanvarın 13-dək qətl və qanunsuz silah saxlama ittihamları ilə üzləşəcəyi gözlənilir.

Qeyd edək ki, keçmiş dənizçi iyulun 8-də Yaponiyanın əsas adasının cənub-qərbində yerləşən Nara şəhərindəki küçədə seçki mitinqində çıxış edən keçmiş baş nazir Abeni kürəyindən atəş açaraq öldürmüşdü. Yamaqami özünün hazırladığı və hərtərəfli sınaqdan keçirdiyi çoxlüləli odlu silahdan istifadə edib. Atəş açan şəxs qətlə yetirilən siyasətçinin mühafizəçiləri tərəfindən hadisə yerində tutularaq həbs edilib.

Dindirilmə zamanı o, keçmiş baş naziri “Birləşmə kilsəsi” dini təşkilatı ilə əlaqəsi olduğuna əmin olduğu üçün öldürdüyünü bildirib. Anası bu təşkilatın fanatik tərəfdarı olmuş, demək olar ki, bütün var-dövlətini bu təşkilata bağışlamış və ailəni iflasa aparmışdı. Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, ardıcıllarından külli miqdarda pul qoparmaqda ittiham olunan “Birləşmə kilsəsi” Yaponiyada hakim Liberal Demokrat Partiyasının bir çox yüksək vəzifəli üzvləri ilə əlaqə saxlayır. Hazırda “Birləşmə Kilsəsi” araşdırılır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96517