
Yaponiyanın yeni müdafiə siyasətinin bir hissəsi ABŞ ilə müttəfiqliyini genişləndirməkdir
“Yaponiya-ABŞ müttəfiqliyinin gücünü vurğulamaq və Yaponiyanın yeni təhlükəsizliyi çərçivəsində ölkələr arasında daha sıx əməkdaşlığı təmin etmək üçün ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq məqsədilə Vaşinqtona səfər edəcəyəm”.
Busaat.az xəbər verir ki, bunu Yaponiya baş naziri Fumio Kişida deyib.
ABŞ səfəri Kişidanın bazar ertəsi başlayacaq Yeddilik qrupunun əksər ölkələrinə qarşıdan gələn səfərinin bir hissəsidir. Yaponiya builki G-7 sammitinə Xirosimada ev sahibliyi edəcək.
Yeni təhlükəsizlik və müdafiə planlarına əsasən, Yaponiya potensial hücumların qarşısını almaq üçün ABŞ tərəfindən hazırlanmış yüzlərlə “Tomaqavklar” və digər uzaqmənzilli qanadlı raketlər alır və Tayvan istiqamətindəki fövqəladə vəziyyətdən narahatlığının artması fonunda Yaponiyanın cənub-qərbində müdafiəni gücləndirir. Yapon mediası görüş zamanı ABŞ və Yaponiyanın Tayvanla bağlı münaqişə vəziyyətində necə əməkdaşlıq edəcəkləri barədə müzakirə aparılacağını bildirib.
Qeyd edək ki, çərşənbə günü Ağ Ev Baydenin yanvarın 13-də Kişidanı ilə iqtisadi və təhlükəsizlik məsələlərində məsləhətləşmələr aparmaq üçün qəbul edəcəyini açıqlayıb.
İki lider sonuncu dəfə İndoneziyanın Bali adasında keçirilən G-20 sammiti zamanı görüşüb.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Kişida yanvarın 9-15-də səfəri zamanı Fransa, İtaliya, Britaniya və Kanadaya da səfər edəcək və bu ölkələrin liderləri ilə görüşəcək.
Busaat.az























