
Yaşlı keşişdən iyrənc etiraflar! Qurbanların sayı 72-yə çatıb
Uşaqlara qarşı cinsi zorakılığa görə məhkum olunan keçmiş keşişin qurbanı olan uşaqların sayının 72-yə yüksəlib.
Busaat.az xəbər verir ki, Avstraliya keçmiş keşişlə baş verən dəhşətli hadisədən danışır.
Ötən ildən yataq xəstəsi olan Ballarat şəhərinin keçmiş pastoru 89 yaşlı Cerald Ridsdeyl həbsxana xəstəxanasında məhkəməyə yeni etiraflar edib.
O, 1987-ci ildə Horsham şəhərindəki məktəbdə keşiş köməkçisi işləyərkən, 13 yaşlı oğlana cinsi təcavüz etdiyini etiraf edib.
Qurbanlarının sayı 72-yə yüksələn keşiş 193-cü ittiham ilə avqustun 15-də yenidən məhkəmə qarşısına çıxacaq.
Həbs cəzası 7 dəfə uzadılan Ridsdalenin azadlığa çıxma tarixi 2027-ci ilin aprel ayına qədər uzadılıb.
1994-cü ildən həbsdə olan keşiş 1961-1988-ci illərdə işlədiyi müddətdə uşaqlara qarşı cinsi istismarda günahkar bilinərək 39 il müddətinə azadlıqdan məhrum edilib.
Busaat.az























