“Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu barədə Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin”,-o, deyib.