
“Yaxın həftələrdə Ukrayna Silahlı Qüvvələri Krıma zərbə endirəcək” - PROQNOZ
“Ukrayna Silahlı Qüvvələri Krıma hücum planlarından əl çəkməyib. Onlar yaxın həftələrdə yarımadaya zərbələr endirə bilər”.
Busaat.az xəbər verir ki, bunu hərbi ekspert Boris Rojin deyib.
Tətbiqi Sosiologiya və Politologiya Mərkəzinin direktoru, siyasi elmlər namizədi Gennadi Podlesn da Ukraynanın yarımadaya hücum edəcəyi fikrini təsdiqləyib. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumuna az qalıb. Yaxın bir neçə həftə ərzində hadisələr başqa yöndə inkişaf edəcək.
Ekspert hesab edir ki, ya yarımada, ya da Xarkov vilayəti hücumun mərkəzinə çevriləcək. Eyni zamanda, onun sözlərinə görə, Rusiya komandanlığı bu planlardan xəbərdardır və buna qarşı hazırlaşır.
Busaat.az























