Yazıçı Arda Erel erməni TERRORÇULARI DƏSTƏKLƏDİ – FOTO

Yazıçı Arda Erel erməni TERRORÇULARI DƏSTƏKLƏDİ – FOTObackend

Xəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.

Erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşan Şafak HDP-nin erməni əsilli deputatına təşəkkür edib.

Onun ardından Simon Mağakyanın ifasını daha bir türk yazıçısı Arda Erel də özünün “Twitter” səhifəsində paylaşıb.

Busaat.az xəbər verir ki, Erel həmin paylaşımını şərh edərək sülh tərəfdarı olduğunu bildirib:

“Azərbaycan və Ermənistan arasındakı gərginlik müharibəylə deyil, yalnız barışıq, anlaşma və dostluqla mümkündür. Müharibə qazandırmaz, sadəcə insanları bölər, canavarlaşdırar, nifrəti artırar. Qarabağda xəsarət görən kilsədə sənət… Barışığa, anlaşmaya ehtiyac var…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90