
Yeni dünyaya hazırlıq: İngiltərə Rusiya və Çinlə bağlı müdafiə doktrinasını yeniləyir
Birləşmiş Krallıq hökuməti təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasət üzrə inteqrasiya edilmiş icmalını yeniləyəcək.
Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi açıqlama yayıb. Böyük Britaniya Müdafiə Nazirliyi bunun Rusiya və Çindən gələn təhdidlərə qarşı atılmış addım olduğunu bildirilib.
“Böyük Britaniyanın diplomatik, hərbi və təhlükəsizlik arxitekturasını təmin etmək düşmən dövlətlər tərəfindən yaradılan təhlükələrə qarşı hazır olmaq məqsədini daşıyır. Artıq Baş nazir inteqrasiya edilmiş icmalı yeniləmək barədə tapşırıq verib”, – deyə məlumatda bildirilib.
Məlumata görə, sənədin əvvəlki variantının imzalanması 2021-ci ilin martında, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından əvvəl qəbul edilib. Həmçinin bildirilib ki, Baş nazir müdafiəyəyə düzgün sərmaye qoymaqla Böyük Britaniyanın Avropadakı təhlükəsizliyin qarantı mövqeyini qoruyub saxlamasını təmin edəcək. Bununla da, bütün dünyada sülh, firəvanlıq və azadlığı müdafiə etməyə hazır olacaq.
“Bu Britaniya tarixində həlledici andır. Biz dostlarımız və dünyadakı müttəfiqlərimizlə birlikdə azadlığı, suverenliyi və demokratiyanı müdafiə etməyə davam edəcəyik. Bu yeni dövrü ümid və tərəqqi dövrü kimi müəyyənləşdirəcəyik”, – deyə İngiltərə Baş naziri Liz Tras əlavə edib.
Qeyd edək ki, icmalı yeniləmək prosesinə Baş Nazirin xarici işlər və müdafiə üzrə xüsusi müşaviri professor Con Beu rəhbərlik edəcək.
Busaat.az























