
Yeni kral köhnə adətlərə qarşı - Rituallar ləğv edildi
Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasimində keçmişdən qalan bir çox adət yerinə yetirilməyəcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Mail on Sunday” qazeti yayıb.
Qazetin məlumatına görə, anası kraliça II Elizabetdən fərqli olaraq, yeni kralın tacqoyma mərasimi 3 saat deyil, 1 saat davam edəcək. Hökmdara qızıl külçənin də təqdim edilməsi daxil bir çox keçmiş adət və rituallar vaxt itkisi olmasın deyə həyata keçirilməyəcək.
Eyni zamanda ingilis adətlərinin əsasını təşkil edən “soylular”ın bir hissəsi də mərasimdə iştirak etməyəcək. Belə ki, tacqoyma mərasimində iştirak edən soyluların sayı 8 000-dən 2 000-ə endiriləcək.
Hələlik bununla bağlı rəsmi qərar elan edilməsə də, yeni kralın tacqoyma mərasiminin 3 İyun tarixində keçirilməsi planlanır.
Busaat.az























