“Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti yeni dünya nizami üçün növbəti bir mərhələ, həmçinin Çin mərkəzli dünyanın inşasında vacib, həyati bir an idi”.
Bu fikirləri “Busaat.az”-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Əziz Əlibəyli söyləyib.
Sammit barədə fikirlərini bölüşən politoloq qeyd edib:
“Ümumiyyətlə, sammitdə alınan qərarlar özünü dərhal büruzə verdi, dünyada qızılın qiyməti kəskin artdı. Məlumdur ki, qızıl dolların alternatividir və onun üzərindən də dünya iqtisadiyyatı böyük zərbə ala bilər. Beləliklə, ABŞ dollarına inam azalır, Amerikanın rəqibləri artır. Belə olduğu təqdirdə yeni müharibələr üçün səbəb yarana bilər. Yaxın zamanalrda yeni regional müharibə qaçılmazdır”.
Yeganə