
"Yeni regionlar"ın inkişafı üçün resurslarımız, təcrübəmiz var - Putin
“Yeni regionlar”ın sosial-iqtisadi inkişafına kömək etmək üçün hər şey var.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Şübhə etmirəm ki, birgə səylər nəticəsində qarşıya qoyulan vəzifələr mütləq yerinə yetiriləcək. Bunun üçün bizim bütün resurslarımız, təcrübəmiz var”, – Putin deyib.
Putin ölkənin “yeni vilayətlərinə”, eləcə də bərpa işlərində iştirak edən inşaat işçilərinə, mühəndislərə və müxtəlif sahələrdə çalışan insanlara dəstək verdiyinə görə Rusiyanın bütün regionlarına təşəkkür edib.
“Mən bilirəm ki, onlar sürətlə həyata keçirilir və artıq görünən nəticələr var. Bununla belə, DXR, LXR (Luqansk Xalq Respublikası və Zaporojyeni canlandırmaq üçün hələ çox işlər görməliyik”, – rus lider əlavə edib.
Busaat.az























