Yeni virusa İran və Slovakiyada da rast gəlindi

Yeni virusa İran və Slovakiyada da rast gəlindibackend

İranda ilk dəfə koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səid Neməki dövlət televiziyasına açıqlamasında bildirib.

O, virusun İngiltərədən gələn İran vətəndaşında aşkar edildiyini açıqlayıb. Nazir xəstənin karantinə alındığını, vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Bundan əlavə, İrandan Böyük Britaniyaya gediş-gəliş qadağası 19 yanvara qədər uzadılıb.

***

Slovakiyada da SARS-CoV-2 virusunun mutasiyaya uğramış növünə yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin səhiyyə naziri Marek Krayçi açıqlama verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki