Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcəkbackend

Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək.

Busaat.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.O bildirib ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımı səyləri göstəriləcək:

“Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək”.