
Yeni Zelandiyanın müdafiə naziri Türkiyəyə gələcək
Yeni Zelandiyanın müdafiə naziri Endryu Little aprelin 25-də Geliboluda keçiriləcək Anzak Günü anma mərasimlərində iştirak etmək üçün Türkiyəyə gəlir.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir bu gün anım mərasimlərində iştirak etmək üçün yola düşüb.
Endryu Little Gelibolu səfərini şərh edərkən deyib: “Hər il Anzak Günündə Yeni Zelandiyalılar ordumuzda xidmət etmiş hər kəsin şərəfinə Gelibolunu yad edirlər. Bu, bizi qorumaq üçün təhlükəyə atılan hər kəsi tanımaq üçün fürsətdir”.
“Gelibolu həm də bütün bəşəriyyətə daha dinc və təhlükəsiz bir dünya üçün səy göstərməli olduqlarına dair əbədi bir xatırlatmadır. Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün ölməz sözlərini xatırladıram: “Bizim üçün burada yatan Conilərlə Mehmetlər arasında heç bir fərq yoxdur”, – Little qeyd edib.
Busaat.az























