Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Yenilməzlik nöqtələri” layihəsini həyata keçiririk - Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibə səbəbindən vətəndaşları enerji problemlərinə qarşı dəstəkləmək üçün bütün Ukraynada “Yenilməzlik nöqtələri” layihəsini həyata keçirməyə başladıqlarını bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında məlumat paylaşıb.

Rusiyanın hücumları nəticəsində enerji problemlərinin davam etdiyini xatırladan Zelenski, elektrik kəsintilərinə qarşı insanları dəstəkləmək üçün yeni layihələr həyata keçirməyə başladıqlarını söyləyib.

Ukraynada elektrik kəsintisinin davam etdiyinə diqqət çəkən Zelenski, başda Kiyev olmaqla 16 bölgədə elektrik kəsintisinin davam etdiyini bildirib.

Zelenski ölkədə enerji problemi yaşayan insanlara dəstək olmaq üçün yeni bir layihə həyata keçirməyə başladıqlarını bildirib və davam edib: “Biz həmçinin insanlara dəstək olmaq üçün ölkə miqyasında yeni layihəmiz olan “Yenilməzlik Nöqtələri”ni həyata keçiririk. Son məlumatlara görə, artıq dörd mindən çox belə məntəqə hazırlanıb. Daha çoxu planlaşdırılır. Əgər Rusiyanın hücumları davam edərsə və elektrik enerjisi kəsilərsə Yenilməzlik Nöqtələri aktivləşdiriləcək. Bu nöqtələrdə bütün əsas xidmətlər var: elektrik, mobil telefon rabitəsi və internet, istilik, su və ilk yardım çantası gecə-gündüz tamamilə pulsuzdur”. Zelenski belə mərkəzlərin ölkəsinin bütün bölgələrində yaradılacağını bildirib.

Digər tərəfdən, cəbhədə davam edən qarşıdurmalarla bağlı qiymətləndirmələr aparan Zelenski, Rusiya ordusunun Donetsk bölgəsinə qarşı intensiv hücumları davam etdirdiyini qeyd edib.

“Luqansk bölgəsində gərgin qarşıdurmalar var, lakin biz mövqelərimizi tədricən gücləndiririk, yavaş-yavaş irəliləyirik” – deyə, o, Luqansk cəbhəsində də qaynar toqquşmaların davam etdiyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91511