Yoahim Löv Almaniya yığmasından ayrılır

image-222-2backend

Yoahim Löv futbol üzrə Almaniya milli komandasından ayrılmağa qərar verib.

Busaat.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu il keçiriləcək Avropa çempionatından sonra baş məşqçi postunu tərk edəcək.

Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Löv DÇ-2022-nin sonuna qədər olan müqaviləsinə AÇ-2020-dən sonra xitam verilməsi ilə bağlı federasiyaya müraciət ünvanlayıb. Almaniya Futbol İttifaqı da onun bu müraciətini müsbət cavablandırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90