
Yohannesburqda baş verən partlayış nəticəsində azı 41 nəfər xəsarət alıb
Cənubi Afrikanın paytaxtı Yohannesburq şəhərində baş verən partlayış nəticəsində ən azı 41 nəfər yaralanıb,.
Busaat.az xəbər verir ki, bu barədə yerli News24 portalı Qautenq əyalətinin baş naziri Panyaza Lesufiyə istinadən məlumat yayıb.
“Yohannesburqun mərkəzində baş verən partlayış nəticəsində azı 41 nəfər xəsarət alıb”, – məlumatda deyilir.
Xatırladaq ki, bundan əvvəl SABC telekanalı, Yohannesburqda qaz kəmərinin partlaması, nəticədə yolun bir hissəsinin zədələnməsi barədə məlumat yaymışdı.
Busaat.az























