
Yohannesburqun mərkəzində PARTLAYIŞ
Cənubi Afrikanın ən böyük şəhərlərindən biri olan Yohannesburqun mərkəzində partlayış baş verib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Məlumata görə paytaxtın magistral yolunun altından keçən qaz kəməri partlayıb. Nəticədə yolun bir hissəsi sıradan çıxıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, zərərçəkən olmasa da, çoxlu sayda yoldan keçən və partlayış zamanı avtomobillərdə olan insanlar xəsarət alıb. Şəhərin əhəmiyyətli hissəsi mühasirəyə alınıb. Hadisə yerində xilasetmə xidmətləri və polis işləyir.
Busaat.az























