Şimali Koreya öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yoon Suk Yeol Nazirlər Kabinetinin iclasında deyib.
Cənubi Koreya lideri həmçinin bildirib ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya ABŞ və Yaponiya ilə üçtərəfli əməkdaşlığı gücləndirəcək.
Qeyd edək ki, Yoon Suk Yeol ABŞ-a səfərini yenicə başa vurub. O, burada ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida ilə üçtərəfli danışıqlar aparıb. Həmçinin ABŞ və Yaponiya liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatda tərəflər ilkin şərt olmadan KXDR ilə dialoqun bərpasına sadiq olduqlarını təsdiqləyiblər. Üç lider həmçinin nüvə silahlarından qurtulmağın beynəlxalq ictimaiyyətin ortaq məqsədi olduğu barədə razılığa gəlib və onların bir daha heç vaxt istifadə edilməməsi üçün səy göstərməyə söz verib.









