Şimali Koreya hökuməti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb

image-simali-koreyabackend

KXDR hakimiyyəti faktiki olaraq növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

Busaat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının elm və informasiya-kommunikasiya texnologiyaları naziri Li Con Ho Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının sessiyasında bildirib.

“Hətta bu anda da KXDR BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq qeyri-qanuni nüvə fəaliyyətlərini davam etdirir və yeddinci nüvə sınağına hazırlığı, demək olar ki, başa çatdırıb”, – o deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki