Kreml: “Putin və Kim Çen In KXDR-in nüvə müharibəsi riskləri ilə bağlı bəyanatlarını müzakirə etməyiblər”

image-kremlbackend

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In danışıqlar zamanı nüvə müharibəsi risklərini müzakirə etməyiblər.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsi zamanı bildirib.

“Xeyr, ümumiyyətlə, müzakirə olunmayıb”,- mövzu ilə bağlı sualı cavablandırarkən deyib.

Bundan əvvəl Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransının iştirakçıları qarşısında çıxış edərək, ABŞ-ın Şimal-Şərqi Asiya regionunda vəziyyəti nüvə müharibəsinin başlanması həddinə çatdırdığını bildirib.

Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna sərhədində yerləşdirilməsi ehtimalını müzakirə etdiyi iddia edilən xarici media nəşrlərinə münasibət bildirmək istənildikdə Peskov deyib: “Xeyr, onlar bu məsələyə heç bir şəkildə toxunmayıblar. Həmkarlar ikitərəfli münasibətlərin inkişafından danışıblar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki