Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın bu ölkəyə səfər dəvətini minnətdarlıqla qəbul edib.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Kim Çen In təkbətək ünsiyyətdə olarkən Putini Şimali Koreyaya səfərə dəvət etdi. Putin dəvəti minnətdarlıqla qəbul etdi”, – Kreml rəsmisi deyib.
“Hər şey diplomatik kanallar vasitəsilə daha da koordinasiya olunacaq”, – o əlavə edib.
Putinin mətbuat katibi qeyd edib ki, son danışıqlar zamanı Rusiya və Şimali Koreya liderləri müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri indi tezliklə təşkil olunacaq və gözlədiyimiz kimi, oktyabrın nə vaxtsa baş tutacaq”, – Peskov vurğulayıb.