Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 356 $▼4.20%
  • Ethereum1 818 $▼5.66%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yüksək çinli rus generalının öldüyü iddia edilir

image-1686645551_photo_159590
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımları ilə tanınan “Voenkor” Telegram kanalı Ukraynanın Zaporojye xəttində həyata keçirdiyi raket hücumunda yüksək rütbəli rus generalın həlak olduğunu iddia edib.

Busaat.az xəbər verir ki, iddiada qeyd edilir:

“Düşmənin raket hücumu nəticəsində Birləşmiş Silahlı Qüvvələrin 35-ci Ordusunun Baş Qərargah rəisi general-mayor Sergey Qoryaçov həlak olub”.

“Birləşmiş Qüvvələr Qrupu (S) Komandanlığının nümayəndələrinin sözlərinə görə, hərbçilər bu gün ən parlaq və nüfuzlu hərbi liderlərindən birini itirib”, – deyə məlumatda bildirilir.

Medallı komandir olduğu bildirilən Qoryaçovun daha əvvəl Moldovanın separatçı bölgəsi Dnestryanıda rus qoşunlarına komandanlıq etdiyi məlumdur.

Bəzi rusiyalı müharibə blogerləri Qoryaçevin Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” qanadlı raketi ilə öldürüldüyünü irəli sürürlər.

Rusiya Müdafiə Nazirliyi hələlik Qoryaçovun ölümü ilə bağlı açıqlama verməyib.

Təxminən 80 faizi Rusiya qüvvələrinin nəzarətində olan Zaporojye vilayətinin Ukraynanın əks-hücumunun əsas hədəflərindən biri olduğu güman edilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112557