Yüksək gəlirli ölkə kimi tanındı; 14250 dollar ümumi gəlir

image-945f327f-049f-4359-ac97-384a58e631edbackend

Dünya Bankı Rusiya Federasiyasını yüksək gəlirli ölkə kimi tanıyıb.

Busaat.az xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi sənəddə deyilir.

Təşkilatın hesablamalarına görə, ölkənin hər bir sakininin ümumi gəliri 14250 dollardır.

Qeyd olunur ki, bank gəliri 13 845 dollardan çox olan ölkələri yüksək gəlirli ölkələr sırasına daxil edir.

“Dünya Bankının bu addımı bizə qarşı tətbiq edilən qeyri-qanuni ticarət və maliyyə məhdudiyyətlərinə baxmayaraq, son on ildə Rusiya hakimiyyətinin iqtisadi siyasətinin uğurlarının nüfuzlu dünya institutu tərəfindən tanınması deməkdir”, – icraçı direktor Roman Marşavin bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki