Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Yüksəldiyi sürətlə iflas edən Elon Mask: Tesla 642 milyard dollar itirdi

image-elon-musk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın əsas elektrikli maşın istehsalçısı şirkətlərindən biri sayılan Tesla 11 ayda toplam 642 milyard dollar dəyər itirib.

Busaat.az xəbər verir ki, bu müddət ərzində şirkətin sahibi Elon Maskın öz sərvətindən itkiləri isə, 140 milyard dolları keçib.

Qeyd edək ki, Tesla iki gün öncə 7.6 faizlik dəyər itirib və nəticədə şirkətin maddi itkiləri son 11 ayda ümumilikdə 642 milyard dollara çatıb.

ABŞ-ın Federal Ehtiyat Fondunun (FED) uçot dərəcəsini artırması, Teslanın ixrac gözləntilərinin tam qarşılanmaması kimi faktorlar şirkətin dəyər itirməsinə səbəb olub.

Eyni zamanda, Teslanın Çindəki istehsal mərkəzinin Covid-19 pandemiyası səbəbindən istehsal prosesində problemlər yaşaması, xam maddələrin qiymət artımı və s. kimi faktorlar da şirkətin artan maddi sıxıntılarına təsir göstərib.

Bloomberg isə, Teslanın dəyər itirməsinin səbəblərindən danışarkən, Elon Maskın Twitter sosial şəbəkəsini almaq barədə olan söz-söhbətli prosesə də toxunub və bunun Teslada dəyər itirməsinə səbəb olan əsas amillərdən biri olduğuna vurğu edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87847