Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 113 $▲1.56%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Yunan mediasından diqqətçəkən ANALİZ: "Ankaranın üç planı var"

image-96097
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Son zamanlar Türkiyə və Yunanıstan arasında siyasi krizlər davam edərkən, Yunanıstan mediası Ankaranın siyasi məqsədləri ilə bağlı maraqlı analizlə çıxış edib.

Busaat.az xəbər verir ki, Yunan mediasının ən reytinqli xəbər vasitələrindən olan Kathimerini-nin İngilis dilində burxalış orqanı eKathimerinin yayın redaktoru Aleksis Papaçelas Ankaranın hədəflərini dəyərləndirib:

“Ankaranın nə istədiyini kimsə dəqiq söyləyə bilməz. Ancaq təxmin edə bilərik. İlk öncə Ankara çalışır ki, ilk atəşi məhz Yunanıstan açsın. Çünki, bu oyunda ilk atəşi kim açarsa, oyunu o uduzacaq”.

Ankaranın ikinci hədəfinin Yunanıstan ilə heç bir məsələdə kompromisə getməmək olduğunu bildirən Papaçelas, Türkiyənin son vaxtlar adalar üzərindəki təzyiqlərini bunun bir nəticəsi olaraq qiymətləndirib.

“Daha sonra, türklər bizə görüş təklif edəcəklər. Bu görüşdə hər şeyin danışılmasını istəyəcəklər. Biz imtina etdikdə, görüşdən çəkildiyimizi qeyd edib, niyə bütün məsələlər ətrafında fikir mübadiləsi aparmadığımızı soruşacaqlar. Beləcə, özlərini məsum göstərəcəklər” – deyə, yunan jurnalist Ankaranın üçüncü niyyətini bu şəkildə dəyərləndirib.

Papaçelas Yunanıstanın bu problemlərdən çıxış yollarını da dəyərləndirib. Jurnalist qeyd edib ki, Yunanıstan tərəfi bütün dünyanı məlumatlandırmalıdır və bu sayədə Türkiyəyə qarşı dəstək qazanmalıdır. Daha sonra, informasiya müharibəsinin davam etdiyi sırada paralel şəkildə müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Nəhayət, zəruri olarsa, Yunanıstan tərəfi Türkiyə ilə diplomatik danışıqlara başlamalıdır.

Jurnalist eyni zamanda, keçmiş Baş nazir və hazırda müxalifət liderləri arasında əsas fiqur olan Çipras və hazırkı yunan lider Miçotakis arasında Türkiyə məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğuna diqqət çəkib və qeyd edib ki, əvvəlcə bu iki lider bağlı qapılar arxasında görüşməli və Yunanıstanın milli maraqları naminə ortaq məxrəcə gəlməlidir.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88615