Yunanıstan Fransadan 18 qırıcı təyyarə alır

Yunanıstan Fransadan 18 qırıcı təyyarə alırbackend

Yunanıstan 18 ədəd “Dassault Rafale” döyüş təyyarəsi üçün Fransaya 2,3 milyard avro ödəyəcək.

Busaat.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Stelyo Petsas məlumat verib. O, ölkənin 1, 92 milyarda 6 yeni, 12 ikinci əl təyyarə alacağını qeyd edib.

Petsas bu qırıcı təyyarələrin təchizatı üçün 400 milyon avro verəcəklərini söyləyib.

Hökumət rəsmisi Fransadan ilk tədarükün gələn ilin iyul ayında, 18 təyyarənin hamısının 2023-cü illin ortalarında Yunanıstana gətiriləcəyini qeyd edib.

Qeyd edək ki, Şərqi Aralıq dənizi və Egedəki gərginliyin artdığı dövrdə rəsmi Afina maliyyə çətinliyinə baxmayaraq qənaət siyasətinə və Avropa İttifaqının (Aİ) dəstəyilə 2021-ci il üçün silahlanma büdcəsindəki payını 5 qat artırmaq qərarına gəlib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90