Yunanıstan Prezidenti Meis adasına getdibackend

Yunanıstan Prezidenti Katerina Sakellaropulu hərbi helikopterlə Meis adasına gedib.

Busaat.az xəbər verir ki, onu iki “F-16” təyyarəsi və iki ədəd radar təyyarələri müşayiət edib.

Katerina Sakellaropulu “Meisin qurtuluşunun 77-ci ildönümü” adlı qondarma mərasim üçün Meisə gəlib. Lozanna və Paris razılaşmalarına məhəl qoymayan yunan lider beynəlxalq hüquqa zidd olaraq hərbi helikopterlə adaya enib.

Prezidentin səfər proqramına Meis adasındakı limanda Yunan donanmasına aid gəmiləri ziyarət etmək daxildir.

Mərasimdə çıxış edən Sakelaropulu “çətin və təhlükəli bir dövr keçirdiklərini” və “Türkiyə rəhbərliyinin ölkələrinə qarşı təzyiqlərinin və aqressiv ritorikasının artdığını” iddia edib: “Meis Yunanistan üçün yüksək strateji əhəmiyyətə sahibdir. Ada mənəvi əhəmiyyətini, o cümlədən 5 min ildir ki, adət və ənənələrini qoruyub saxlayır”.