
Yunanıstan və İordaniya Kiprə meşə yanğınları ilə mübarizə üçün təyyarə göndərib
Yunanıstan yanğınla mübarizədə kömək istəməsindən sonra Kiprə iki Canadair yanğınsöndürmə təyyarəsi göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
İordaniya artıq Limassol şəhərindən 17 kilometr şimalda dağlarda baş verən yanğını söndürmək üçün iki Super Puma helikopteri və bir Rusiya Mi-26 da daxil olmaqla üç təyyarə göndərib.
Yanğınla mübarizəni koordinasiya edən Ətraf Mühitin Mühafizəsi Nazirliyinin katibi Andreas Qreqoriu Kipr dövlət xəbər agentliyinə bildirib ki, ehtiyac yaranarsa əlavə hava dəstəyinin göstərilməsi üçün İsraillə danışıqlar aparılır.
Yunanıstanın Mülki Müdafiə Nazirliyi Kiprə 20 ton antipirin göndərildiyini və Canadair təyyarələrinin gün ərzində fəaliyyət göstərməsinin gözlənildiyini açıqlayıb.
Səlahiyyətlilər, üç kəndin sakinlərinin ehtiyat tədbiri olaraq təxliyyə edilməsi əmrindən sonra evlərinə qayıtdıqlarını bildirib.
Busaat.az























