
Yunanıstan yanğına görə cəzaları sərtləşdirir
Yunanıstan hakimiyyəti yanğına görə cəzanı sərtləşdirməyi və cərimələri indiki səviyyə ilə müqayisədə 10 dəfə artırmağı planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə PA Media məlumat yayıb.
Yunanıstanın Mülki Müdafiə Naziri Vassilis Kikilias bildirib ki, qəsdən yanğın törətmək və ya səhlənkar davranışa görə cərimələr iki il əvvəl heyvanlara qarşı qəddarlığa görə tətbiq edilən cərimələrə uyğun hesablanacaq.
Bu, 50.000 avroya qədər cərimə və 10 ilə qədər həbs cəzası ilə nəticələnəcək.
Nazirin sözlərinə görə, dəyişikliklər məktəb proqramlarını və meşə yanğınlarının qarşısının alınması ilə bağlı məlumatlılığı artırmaq üçün yerli təşəbbüsləri əhatə edəcək.
Qeyd edək ki, Yunanıstan Afinadan kənarda və Rodos adasındakı yanğınlar da daxil olmaqla 10 böyük meşə yanğını ilə mübarizə aparıb.
Busaat.az























