
Yunanıstanda miqrant qayığı batıb: 17 nəfər öldü
Yunanıstan sahillərində miqrant qayığının batması nəticəsində 17 nəfər boğulub. Yunanıstan sahil mühafizəsi 100 nəfəri xilas etdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi ölkənin cənubundakı Pilos qəsəbəsi yaxınlığında balıqçı gəmisinin çevrildiyini açıqlayıb.
Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada batan qayıqdakı şəxslərin mühacir olduğu, 17 nəfərin boğularaq öldüyü bildirilib.
100 immiqrantın xilas edildiyini açıqlayan qurum, qayıqdakı immiqrantların ümumi sayının hələ müəyyən edilmədiyini bildirib.
Yunanıstan hakimiyyəti sağ qalan miqrantların Kamata şəhərinə aparıldığını bildirib.
Busaat.az























