Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 911 $▲1.25%
  • Ethereum1 812 $▲2.46%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yunanıstanda polis bir gənci öldürüb - Aksiya təşkil edildi

image-thumbs_b_c_b11a3d42c12b54236851e72024c8f0a0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabrın 5-də Yunanıstanda polisin açdığı atəş nəticəsində ağır yaralanan və bu gün dünyasını dəyişən 16 yaşlı gənc üçün paytaxt Afinada keçirilən aksiyada insident yaşanıb.

Busaat.az xəbər verir ki, Afinanın mərkəzində toplanan qrup “Romalıların həyatı qiymətlidir” şəklində şüarlar səsləndirib.

Bir qrup nümayişçi ilə polis arasında yaranan gərginlik nəticəsində polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Hadisə nəticəsində çoxlu sayda insan saxlanılıb, bir fəal yaralanıb.

Selanikin Kamara bölgəsində toplanan aktivistlər şəhər mərkəzində etiraz yürüşü keçirib və polis zorakılığına qarşı şüarlar səsləndiriblər.

Afinanın qərbindəki Aspropirqos bölgəsindəki Roma məhəlləsində də dəmir yolu yaxınlığında etiraz əlaməti olaraq yanğınlar təşkil edilib və yanğın səbəbindən qatarların hərəkəti dayandırılıb.

Polis ölkə daxilində etirazlara qarşı təhlükəsizlik tədbirləri görərkən, Afinadakı qaraçı bölgələrində avtobusların hərəkəti dayandırılıb.

Qeyd edək ki, Yunanıstanın Selanik şəhərində “dayan” xəbərdarlığına əməl etməyərək qaçan sürücü dekabrın 5-də polisin açdığı atəş nəticəsində ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

Polisdən verilən açıqlamada qeyd olunub ki, polisin təqibindən yayınmaq üçün avtomobili təhlükəli idarə edən gənci qorxutmaq üçün iki dəfə atəş açılıb.

İpokrateio Xəstəxanasının bu gün verdiyi açıqlamaya görə, dekabrın 5-dən müalicə olunan gənc bu gün səhər saatlarında dünyasını dəyişib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94120