
Yunanıstanda qatar qəzasında ölənlərin sayı 57-yə çatıb
Yunanıstanda sərnişin və yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57-yə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə Protothema portalı yazıb.
“Hazırda sərnişin qatarının qalıqları altından çıxarılan təsdiqlənmiş cəsəd sayı 57 nəfərdir”, – məlumatda bildirilir.
Məlumata görə, xəstəxanaya çatdırılan 48 nəfərdən 6-sı reanimasiya şöbəsindədir.
Qəza yerində xilasetmə işləri davam etdirilir.
Busaat.az























