Yunanıstanda silahlı hücumda 6 nəfər ölüb

image-yunanistanbackend

Yunanıstanın paytaxtı Afinaya yaxın Artemidada silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

Busaat.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası (ERT) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla axşam saatlarında Artemidada baş verən hücumdan sonra polis hadisə yerində onlarla güllə gilizləri tapıb.

Polis qrupları hadisə yerindən avtomobillə qaçan cinayətkarların tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Bildirilib ki, hadisə ilə bağlı ilkin araşdırmanı Attika Polis İdarəsi aparıb.

Yerli mətbuatda “mafiya nümayişi” kimi qiymətləndirilən hücumda həyatını itirən 6 nəfərin Alban əsilli olduğu iddia edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki