Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 266 $▼4.33%
  • Ethereum1 817 $▼5.74%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yunanıstanın sonuncu kralı II. Konstantin vəfat etdi

image-kapak_110200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yunanıstanın sonuncu kralı və İngiltərə kralı III. Çarlzın əmisi oğlu Kral Konstantin 82 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, o, eyni zamanda, Şahzadə Uilyamın xaç atası olub.

Keçən həftə tənəffüs yollarında problem yarandığı üçün Afinada xəstəxanaya aparılan Konstantin dünən gecə 82 yaşında dünyasını dəyişib.

Xroniki ürək problemindən əziyyət çəkən Konstantinin səhhəti pisləşib və son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Konstantin, əmisi oğlu, İngiltərə kralı III. Çarlzın yaxın dostu və Şahzadə Uilyamın altı xaç atasından biri olub.

Konstantin ötən il Afinada sonuncu dəfə ictimaiyyət qarşısında çıxış edərkən onu əlil arabasında bacısı, İspaniyanın keçmiş kraliçası Sofiya və digər ailə üzvləri ilə birlikdə görüblər.

1964-cü ildən 1973-cü ildə monarxiya ləğv edilənə qədər Yunanıstanın son kralı olaraq hökmranlıq edən Konstantin Yunanıstanın siyasi tarixinin ən keşməkeşli dövrlərindən birində padşahlıq edib.

Atası öldükdən sonra taxta çıxanda 23 yaşı olan Konstantin 1967-ci ildə Afinada hərbi xuntaya qarşı uğursuz əks çevrilişə rəhbərlik etdikdən sonra ölkədən qaçmağa məcbur olub.

Konstantin 1973-cü ildə xunta monarxiyanı ləğv edənə qədər Romada qalıb.

Bir il sonra keçirilən referendumda yunanlar ikinci dəfə monarxiyanı rədd edərək Konstantini Yunanıstanın sonuncu kralı kimi tarixə həkk edib.

Daha sonra Afina onu vətəndaşlıqdan məhrum edib.

2002-ci ildə Konstantin və digər ailə üzvlərinə Yunanıstandakı keçmiş mülklərinə görə 13,7 milyon avro təzminat ödənilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96637