
Yunanıstanın sonuncu kralı insult keçirib
Yunanıstanın sonuncu kralı Konstantinos dünən axşam saatlarında evində insult keçirərək xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə olunur.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada yaşayan 82 yaşlı keçmiş kral Konstantinos Hygeia xəstəxanasında müalicə olunur və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, Konstantinos son illərdə ciddi sağlamlıq problemləri yaşayıb. 2021-ci ildə aspirasiya ilə əlaqəli ağciyər ödemi və qismən iflic keçirib. Bildirilir ki, əlil arabasında yaşayan keçmiş Kral Konstantinos sonuncu dəfə 19 oktyabr 2022-ci ildə həyat yoldaşı Anna Mariya, İspaniyanın keçmiş kraliçası Sofiya və onların yaxınları ilə Afinada vətəndaşların qarşısına çıxıb.
Konstantin 1964-1973-cü illərdə kral qoltuğunda oturub və daha sonra monarxiyanın ləğvi ilə onun krallığı sona çatıb.
Busaat.az























