
YUNESKO məktəblərdə mobil telefondan istifadəni qadağan etməyi tövsiyə edib
YUNESKO məktəblərdə mobil telefondan istifadəni qadağan etməyi tövsiyə edib.
Busaat.az xəbər verir ki, bu barədə “The Guardian” UNESCO-nun hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, bu yolla irəliləyiş yaxşılaşacaq, uşaqlar kiber zorakılıqdan qorunacaq.
Hesabata görə, smartfondan həddən artıq istifadənin zəif akademik performansla əlaqəli olduğunu göstərən məlumatlar var və ekranda qalma vaxtının yüksək olması özünü idarə etmə və emosional sabitliyə mənfi təsir göstərərək, narahatlığı artıra bilər.
UNESCO qeyd edib ki, müasir texnologiyalar, mənfi amillərinə baxmayaraq, pandemiya dövründə milyonlarla insanın təhsil almasına imkan verib.
Busaat.az























