Zabit Səmədovdan “Azərbaycan Atabəyləri” ilə bağlı açıqlama

image-06fe33cad0b7451a2f154be8a4a010e1backend

Peşəkar idman karyerasını 2022-ci ildə başa vuran kikboksçu Zabit Səmədov yeni mövsümdən etibarən Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq “Azərbaycan Atabəyləri” çoxseriyalı bədii filmində rol alması ilə bağlı açıqlama yayıb.

Bununla bağlı Zabit sosial şəbəkə hesabında paylaşım edib.

“Hədəfim hər zaman uğurlarımı davam etdirmək və azarkeşlərimi, xalqımı qələbələrimlə sevindirmək olub. Etiraf etməliyəm ki, qardaş ölkə Türkiyədə yayımlanan “Kuruluş Osman” serialından təklif gələndən sonra bu istəklərimi yalnız idman sahəsində deyil, həm də film sektorunda reallaşdırma fürsəti yarandı və yeni təcrübələr qazandım. Məşhur serialın çəkiliş dövründə isə bir azərbaycanlı kimi arzum olub ki, ölkəmizin də qədim və zəngin tarixi, dövlətçilik ənənələri ekranlaşdırılsın və mən də qəhrəmanlarımızın dünyaya tanıdılmasına rol alım. Bu gün qürurla deyə bilərəm ki, artıq həmin arzum da reallaşır. “Azərbaycan Atabəyləri” çoxseriyalı filmi çox yaxında izləyicilərə təqdim olunacaq. Belə bir fürsəti mənə yaratdığı üçün başda Azərbaycan Televiziyası olmaqla bütün yaradıcı heyətə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Zabit vurğulayıb. 

Qeyd edəl ki, sözügedən serialda Zabit Səmədov baş rol olan Şəmsəddin Eldəniz obrazını canlandıracaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki