Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.83 $▲0.21%
  • WTI neft88.67 $▲0.48%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.243 $▼2.67%
  • Qızıl3 878 $▼0.99%
  • Gümüş48.83 $▼2.83%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 984 $▼3.35%
  • Ethereum1 951 $▼3.28%
  • S&P 5007 555▼0.48%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Zaporojye AES”də vəziyyət kritik olaraq qalır: Makron təcili Putinlə danışacaq

image-kapak_121504
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bazar günü Yelisey Sarayından verilən məlumata görə, Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə yaxın günlərdə Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı yenidən telefonla danışmağı planlaşdırır. Busaat.az xəbər verir ki, Fransa lideri həmçinin Rusiya tərəfini əməliyyatları tez bir zamanda dayandırmağa və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bərpa etməyə səsləyib.

Məlumata görə, Makron Zapaorojye AES-in təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, “Stansiyanın üzləşdiyi risklərin səbəbkarı Rusiyanın hazırki siyasi-hərbi gedişləridir”.

Qeyd edək ki, Putinlə Makron arasında son telefon danışığı avqustun 19-da, Fransa tərəfinin istəyi ilə baş tutub. Bu, iki lider arasında may ayından sonra ilk telefon danışığı olub. 10 sentyabrın tarixində isə, Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

Enerqodar şəhərində yerləşən Zaporojye Atom Elektrik Stansiyasına Rusiya qoşunları nəzarət edir. Sentyabrın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti AES-i ziyarət edib. MAQATE səfərdən sonra yaydığı hesabatda mümkün “nüvə insidentinin” qarşısının alınması vurğulayıb və bunun üçün Zaporojye zavodunun ətrafında təhlükəsizlik zonasının yaradılmasına çağırıb.

Busaat.az/Həşim Səhrablı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85400