
Zaporojye AES-də yenidən partlayış baş verib
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) yaxınlığında mina partlaması nəticəsində elektrik kabeli zədələnib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Elektrik Agentliyi direktoru Rafael Qrossi verib.
“Dünənki partlayış ZAES-dən bir qədər kənarda yerləşən azot-oksigen qurğusuna yaxın ərazidə yerləşən və bəzi zavod əməliyyatlarını enerji ilə təmin etmək üçün istifadə edilən 6 kilovoltluq (kV) kabelə ziyan vurub. Kabeldə yaşanan qısaqapanma səbəbindən partlayış baş verib və transformatora ziyan vurub” – deyə, Qrossi qeyd edib.
Qrossi bu həftə ZAES yaxınlığında tez-tez atəşkəsin pozulmasından dərin narahatlığını ifadə edib.
Açıqlamada Sentyabrın 21-i tarixində Fransa prezidenti Emmanuel Makron, Rusiya Xarici İşlər naziri Serqey Lavrov və Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın birgə iclas keçirdiyi və ZAES-də təhlükəsiz zona yaratmaqla bağlı müzakirələrin aparıldığı bildirilib.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) Enerqodar şəhərində yerləşir və Rusiya ordusunun nəzarəti altındadır. Qrossinin rəhbərlik etdiyi beynəlxalq missiya Sentyabrın əvvəlində obyektə baş çəkib və missiyanın iki üzvü müşahidəçi qismində ərazidə qalıb.
Busat.az























