Zaxarova üzr istədi: Səhv başa düşülüb

Zaxarova üzr istədi: Səhv başa düşülübbackend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiya nümayəndə heyətinin ABŞ-a səfəri ilə bağlı yazısına görə üzr istəyib.

Busaat.az xəbər verir ki, diplomat yazısının səhv anlaşıldığını bildirib.

“Bağışlayın, amma mənim yazım səhv başa düşülüb! Protokol fəndləri ABŞ rəsmilərinin müntəzəm olaraq süni şəkildə öz müstəsna görünüşlərini yaratmaq üçün istifadə etdikləri fəndlərdən biri halına gəlib. Bu, qəbuledilməzdir. Mən bunu çatdırmaq istəyirdim”, – diplomat bildirib.

Qeyd edək ki, Mariya Zaxarova sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vuçiçin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkil paylaşıb.

Sonra isə Zaxarova həmin fotoşəklin altından məşhur “Əsas İnstinkt” filmindən Şeron Stounun ayağını qaldırıb ayağının üstünə qoyduğu kadrdan görüntünü əlavə edib.

Axar.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90