Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 266 $▲0.06%
  • Ethereum1 928 $▲0.05%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zaxarovadan Paşinyanın Azərbaycana təklifinə REAKSİYA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icra olunmasıdır.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirərkən deyib.

“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”, – o qeyd edib.

Zaxarovanın sözlərinə görə, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.

Xatırladaq ki, 28 yanvar tarixində Paşinyan Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133643