
Zelenski 9 May Qələbə Günü əvəzinə Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə 9 Mayın Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında dərc edilmiş fərmanın mətnində bildirilir.
“Bununla hər il mayın 9-da Ukraynada Avropa İttifaqı dövlətləri ilə birlikdə qeyd olunan Avropa Günü qeyd ediləcək”, – fərmanda deyilir.
Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə sabahdan etibarən hər il Ukraynada Avropa Gününün qeyd olunacağını bildirib.
Qeyd edək ki, bu günə qədər, mayın 9-da Ukraynada 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbə Gününün əvəzinə İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə günü, mayın 8-də isə Ukraynada Xatirə və Qələbə Günü qeyd edilirdi.
Busaat.az























