
Zelenski ABŞ-yə çatdı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin paytaxtı Vaşinqtona çatıb.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin təyyarəsi Vaşinqton vaxtı ilə saat 12:30 radələrində paytaxt yaxınlığındakı aviabazaya eniş edib.
Belə ki, Prezident ABŞ-yə xüsusi hərbi təyyarə ilə səfər edib.
Qeyd edək ki, yaxın saatlarda Zelenski və ABŞ-li həmkarı Cozef Bayden arasında mətbuat konfransının olacağı gözlənilir.Qafqazinfo























